Ermənistanda aksiya - Suyun azalmasından narazıdırlar

İrəvanda hökumət binasının 3-cü korpusu qarşısında etiraz aksiyası keçirilir.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, narazılığa səbəb kimi Ararat vadisində yeraltı su ehtiyatlarının həcminin azalması göstərilir.
Həmçinin bildirilib ki, bu suların keyfiyyətinin dəyişməsi balıqçılıq təsərrüfatlarını təhdid edir.
Dünən Milli Assambleya belə təsərrüfatları yalnız iqtisadi dövriyyə sistemləri ilə işləməyə məcbur edən qanun qəbul edib, suyun yalnız 40%-i təkrar istifadə oluna bilər. Bu da sahibkarların xoşuna gəlməyib.
Sonda etirazçılar ətraf mühit naziri ilə görüş əldə etməyə müvəffəq olublar.