Ermənistan hökuməti qarşısında daha bir aksiya

Ermənistanda avtomobil idxalçıları hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Ermənistan mətbuatı xəbər verir ki, onlar vergi məcəlləsinə bazarda qiymət artımına səbəb olacaq dəyişikliklərdən narazıdırlar.
Dövlət hüquqi şəxslərə avtomobilləri dəyərindən 20% baha qiymətə satmağı öhdəsinə götürüb. İdxalçılar əmindirlər ki, bu, qiymətlərin bahalaşmasına və əməliyyatların sayının azalmasına səbəb olacaq.
Onlar bu dəyişikliklərə uyğun gəlməyən alıcılarla razılaşdırılmış qiymətə satılmış avtomobillər artıq yolda olduğundan qanunun tətbiqinin gecikdirilməsini tələb ediblər.