Rusiyadan Azərbaycana gələn qadından 112 min funt sterlinq çıxıb

Rusiyanın paytaxtı Moskva şəhərindəki Domodedovo hava limanında gömrükçülər Azərbaycana uçan qadın sərnişinin baqajından ümumi məbləği 112 min funt sterlinqdən çox olan nağd pul aşkar ediblər.
Bu barədə TASS məlumat yayıb.
“Yaşıl” dəhlizdə qadın gömrükçülərə üzərində 8.5 min funt sterlinq və 7 min rubl olduğunu deyib.
Lakin onun baqajına baxış keçirilərkən məlum olub ki, bəyan edilməmiş valyutanın məbləği 14 milyon rubl ekvivalentini keçib.