Bərdədə dəhşət: Yas mərasimində döşəmə çökdü - Ölü və yaralılar var

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
Bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.
Məlumata görə, ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.
*** 13:54
Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib.
Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.
Qəflətən döşəmənin çökməsi nəticəsində xeyli şəxs xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.