Bayramov-Mirzoyan görüşündən xəbər var

"Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hələ planlaşdırılmayıb".
Bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
Bakı ilə vasitəçisiz görüşün İrəvan üçün məqbul olub-olmaması ilə bağlı suala Safaryan cavabında qeyd edib ki, "vasitəçilərin iştirakı məcburi olan" məsələlər var.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edib.