Rusiya ilə fikir ayrılıqlarımız var - Mirzoyanın müavini

Ermənistan xarici işlər nazirinin köməkçisi Mnatsakan Safaryan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin sözlərini şərh edib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
“KTMT-dən çıxış məsələsi indiki problem deyil və hazırda İrəvanın gündəmində deyil”, - Safaryan qeyd edib.
O, Rusiya Federasiyası ilə münasibətləri işlək münasibətlər adlandırsa da, bununla belə, bəzi fikir ayrılıqlarının olduğunu bildirib.