Lukaşenko və Volfoviç İrəvanın KTMT qərarını şərh ediblər

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın KTMT sammitində iştirak etməməsinə münasibət bildirib.
"Sputnik" xəbər verir ki, Lukaşenko danışıqların önəminə diqqət çəkib.
"Problemli məsələlər danışıqlar masası arxasında müzakirə edilməli, konkret səbəblər olmadan demarşlar edilməməlidir", - o deyib.
Lukaşenko ümid etdiyini vurğulayıb ki, Ermənistan təşkilatın dekabrda Sankt-Peterburqda keçiriləcək toplantısına qatılacaq.
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç isə əlavə edib ki, Ermənistan KTMT-nin hazırkı sammitinin heç bir qərarını əngəlləməyib. Məlumata görə, Belarus Xarici İşlər Nazirliyi erməni həmkarları ilə birlikdə sammitə təqdim olunan bütün sənədləri razılaşdırıb.
"Bu, həm də Ermənistan tərəfi də daxil olmaqla, indi təşkilata həvalə edilmiş məsələlərin həllində qarşılıqlı anlaşmadan xəbər verir", - deyə bildirilib.