Putinin köməkçisi: Paşinyanı gözləyirik

Ermənistanın Baş naziri Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində görüşlərdə iştirak etmək üçün Sankt-Peterburqa gələcəyini gözləyirik.
Bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.
Uşakov qeyd edib ki, gələn il AİB-ə sədrlik Ermənistana keçəcək.