Putinin köməkçisindən İrəvana mesaj: gözləyirik!

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistana mesaj göndərib.
"Sputnik" xəbər verir ki, Uşakov bu barədə KTMT toplantısında danışıb.
"Biz gözləyirik ki, Paşinyan MDB və Aİİ görüşləri üçün Sankt-Peterburqa gələcək, xüsusən də İttifaqda sədrlik Ermənistana keçdiyi üçün bunu gözləyirik", - deyə o qeyd edib.
Oxşar fikirləri eyni tədbirdə Belarus prezidenti Aleksandr Lukaşenko da səsləndirmişdi.
Xatırladaq ki, Ermənistan tərəfi son vaxtlar ardıcıl olaraq KTMT, Aİİ və MDB-nin toplantılarında iştirakdan imtina edir.