Ağsuda avtomobillə yük motosikleti toqquşub

Ağsu rayon Ülgüc kəndində "KIA" markalı avtomobili yük motosikleti ilə toqquşub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində motosiklet sürücüsü 1975-ci il təvəllüdlü Məmmədov İlham Məmmədəli oğlu xəsarət alıb, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.