Qərbin “dəmir pərdə”yə çatmayacağına ümid edirik - Peskov

"Rusiya Federasiyası ilə ABŞ arasında strateji sabitliyə dair təmaslar üçün hələlik planlar yoxdur, baxmayaraq ki, onlara ehtiyac var".
TASS xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"KTMT ölkələri öz vətəndaşlarının beynəlxalq terror təşkilatlarına cəlb edilməsi ilə mübarizə aparır. Qərbin “dəmir pərdə”yə çatmayacağına ümid edirik. Putin noyabrın 24-də “Süni intellekt dünyasına səyahət” konfransında iştirak edəcək", - o deyib.
Sözçü əlavə edib ki, Putin və Lukaşenko Minsk hava limanına gedərkən ikitərəfli danışıqlar aparıb.