Paşinyan Ərəbistan və demokratiyadan danışdı

"Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi olaraq diplomatik əlaqələr qurulacaq".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, çox mühüm və əlamətdar hadisəyə çevriləcək. Paşinyan demokratiya barədə də danışıb.
"Ermənistan üçün demokratiya təkcə zövq məsələsi deyil. Məsuliyyətlə bildirirəm ki, bu, dövlətimizin mövcudluğu məsələsidir. Bu gün biz demokratiyamız sayəsində çətinliklərə sinə gəririk", - Ermənistan baş naziri belə söyləyib.