Rusiyanı hələ də dost bilirik - Paşinyan

"Ermənistan Rusiyanı dost ölkə hesab edir".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
"İrəvan Moskva ilə münasibətləri qarşılıqlı hörmət əsasında qurmaq üçün əlindən gələni edəcək", - Ermənistanın baş naziri əlavə edib.
Qeyd edək ki, Paşinyan bu gün canlı yayımlanan və birbaşa vətəndaşların telefonla qoşulub suallar ünvanladığı mətbuat konfransı keçirir.