Abdullahian Bakı və İrəvandakı səfirlərlə görüşdü

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb.
Bu barədə Hüseyn Əmir-Abdullahian “X” hesabında paylaşım edib.
Görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilib.