Hindistanda festivalda izdiham yaşanıb, 4 tələbə ölüb, 60 yaralı var

Hindistanda festivalda izdiham yaşanıb.
APA-nın “Press Trust of India”-ya istinadən verdiyi xəbərə görə, hadisə Koçin şəhərində universitetdə musiqi festivalında baş verib.
Nəticədə ikisi qız, ikisi oğlan olmaqla 4 tələbə ölüb. Davada 60-dan çox tələbə xəsarət alıb, 4-nün vəziyyəti ağırdır.