Peskov: Rusiya Ermənistanın KTMT-də iştirakını tam şəkildə təmin edəcəyinə ümid edir

Rusiya zamanla Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını tam şəkildə təmin edəcəyinə ümid edir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossii-1"-ə müsahibəsində bildirib.
Dmitri Peskov qeyd edib ki, KTMT-yə tələbat var, üzvləri onu gücləndirmək və inkişaf etdirmək niyyətindədirlər: “Ermənistanın mövqeyi məlumdur. Ancaq biz hamımız razılaşa bilərik ki, KTMT aktuallığını qoruyur”.