Paşinyan yenə "Sülhün kəsişməsi"ndən danışdı

"Biz “Sülhün kəsişməsi” layihəsinin prinsiplərini dərc etmişik. Bu prinsiplərdən biri də odur ki, hər bir ölkə öz dövlət strukturları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, öz ərazisində təhlükəsizliyi təmin edir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib:
"Bu, bizim beynəlxalq tərəfdaşlarımıza, o cümlədən Azərbaycan, Türkiyə, İran və Gürcüstana verdiyimiz təklifdir. Eyni zamanda, biz qarşılıqlılıq əsasında prosedurların sadələşdirilməsi imkanını təklif edirik. Qəbul olunarsa, bu layihə həyata keçiriləcək.
Zvartnots hava limanındakı Rusiya sərhədçilərinə gəlincə, bu məsələnin arxa planı var, lakin ümumiyyətlə, bizim siyasətimiz institusional baxımdan Ermənistanın suverenliyini artırmaqdır və “Sülhün kəsişməsi” məhz bu kontekstdədir".