Paşinyan KTMT-dən danışdı: Səhv edə bilmərik

Ermənistan baş naziri Nikol Paşinyan niyə ölkəsinin KTMT-dən çıxması barədə qərar vermədiyini açıqlayıb.
Bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb:
"Hazırda heç bir qərar verilməyibsə, o zaman əsas məsələnin Ermənistanın marağı olmasından çıxış edirik. KTMT-nin hərəkətləri Ermənistanın maraqlarına uyğun gəlmir və biz bu məsələni açıq şəkildə qaldırıb mövqeyimizi açıq şəkildə çatdırırıq ki, əhalinin sualları olmasın.
Biz öz mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik. Burada səhv edə bilmərik".